Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaya uçqununa görə bağlanan Quba-Qonaqkənd yolu açılıb

19.04.2025 [14:51]

Xəbərin mətni

Quba-Qonaqkənd yolunun hərəkət hissəsi qaya parçalarından təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.Qaya parçaları xüsusi texnikalar vasitəsilə kiçik hissələrə bölünərək ərazidən kənarlaşdırılıb. Yolda avtomobillərin maneəsiz hərəkəti qismən təmin edilib. Hazırda yolun təmizlənməsi davam etdirilir.