Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb
19.04.2025 [16:35]
Xəbərin mətni
Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti aşkarlanıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 15 yaşlı Bağırov Elçin Elman oğlu aprelin 18-i gecə saatlarında Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda boğulub. Yalnız traktorlar vasitəsilə kanallar açılaraq su hövzəsi boşaldıldıqdan sonra səhər saatlarında E. Bağırovun meyitini aşkarlamaq mümkün olub. Meyit aidiyyəti üzrə təhvil verilib.