Qazaxda 4 nəfər dəm qazından zəhərlənib
19.04.2025 [21:00]
Xəbərin mətni
Qazaxda zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun N.Nərimanov qəsəbəsində qeydə alınıb.Belə ki, 1959-cu il təvəllüdlü S.Abbasova,1988-ci il təvəllüdlü A.Abbasova,2016-cı il təvəllüdlü T.Abbasov və 2018-ci il təvəllüdlü F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal zəhərlənən şəxslərə yardım edilib,onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə zəhərlənən şəxslər bir ailənin üzvüdür. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir.