Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər
20.04.2025 [18:09]
Xəbərin mətni
Bu gün Azərbaycanın pravoslav xristianları ən mühüm dini bayramlardan birini - Pasxanı qeyd edirlər. Şənbədən bazar gününə keçən gecə Bakıda və ölkənin digər bölgələrindəki pravoslav kilsələrində Pasxa mərasimləri keçirilib. Bu zaman xaç yürüşü keçirilir, səhər ibadətində dualar oxunur, Pasxa şirin çörəyi ilə xeyir-dua verilir.