Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mayın 1-dən “e-bülleten” sisteminə keçilir

21.04.2025 [20:45]

Xəbərin mətni

Mayın 1-dən etibarən "e-bülleten" sisteminə keçilir. Yəni, artıq xəstəlik vərəqi elektron sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq. Bu barədə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB birgə məlumat yayıb.