Azərbaycan Dövlət İnformasiya Agentliyi

Quş təsərrüfatının sahibi: Qazaxıstan, Qırğızıstan və Özbəkistandan sifariş verirlər

22.04.2025 [16:01]

Xəbərin mətni

Biləsuvar rayon sakini Rafiq Muradovun həyətində yaratdığı quş təsərrüfatı kiçik zooparkı xatırladır. Təsərrüfatda dünyanın müxtəlif yerlərindən gətirilmiş dekorativ və çöl quşları saxlanılır. Bunlara yava və kameo tovuzquşuları, xınalı və ağ kəkliklər, zümrüd, gümüşü və Nepal qırqovulları, eləcə də ABŞ, İndoneziya, Almaniya və Hindistanda yetişdirilmiş ev quşları daxildir.