Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Qızılın dünya bazarında qiymətinin artması Azərbaycana indiki məqamda ancaq müsbət təsir edəcək

22.04.2025 [16:47]

Xəbərin mətni

Qızıl qiymətlərinin bahalaşması dünya iqtisadiyyatında, siyasi və hərbi-strateji məkanda baş verən qeyri-müəyyənliklərlə əlaqədardır. Ümumiyyətlə, ilin əvvəlində qızılın bu il 3500 dollara qədər bahalaşacağı ehtimalları mövcud idi. Həmçinin bu ehtimalları 3700 dollara qədər yüksəldən beynəlxalq təşkilatlar da var. Hesab olunur ki, qızıl qiymətlərində artım davam edəcək. Bunu iqtisadçı ekspert Xalid Kərimli bildirib.