Azərbaycanın birinci Avropa Oyunlarında 7-ci qızıl medalı
15.06.2015 [19:45]
Xəbərin mətni
Qadın güləşçilərin mübarizəsində 48 kiloqram çəki dərəcəsində mübarizə aparan “London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa və dünya çempionu Mariya Stadnik final görüşündə Bolqarıstan idmançısı Elitsa Yankovaya qalib gələrək Azərbaycana yeddinci qızıl medalı qazandırıb. M.Stadnik rəqibinə böyük hesabla (12:1) qalib gələrək final görüşünü vaxtından əvvəl başa vurub.