Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib

22.04.2025 [21:59]

Xəbərin mətni

Aprelin 22-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Milli Məclis sədri nümayəndə heyəti ilə aprelin 17-18-də Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə məlumat verib. O diqqətə çatdırıb ki, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Şura iclasında və 58-ci plenar iclasında, faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş iclasda və digər tədbirlərdə iştirak etmək idi.