Kaya Kallas: Azərbaycan regionda mühüm tərəfdaşdır
25.04.2025 [16:04]
Xəbərin mətni
Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır və əlaqələrimizin gücləndirilməsi baxımından müəyyən gözləntilərimiz var. Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.