Ceyhun Bayramov: Ermənistanın sürətlə silahlanması region üçün təhlükə mənbəyi olaraq qalır
25.04.2025 [16:09]
Xəbərin mətni
Ermənistanın sürətlə silahlanması, təəssüf ki, hələ də region üçün təhlükə mənbəyi olaraq qalır. Son iki gün ərzində baş verən hadisələr bunu bir daha sübut edir. Bu fikri xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında səsləndirib.