Nazir: Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir
25.04.2025 [16:11]
Xəbərin mətni
Azərbaycanın mövqeyi yeni deyil və bu mövqe beynəlxalq hüquqa əsaslanır. Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan müddəaların, habelə Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir. Eyni zamanda, Ermənistan tərəfindən artıq fəaliyyətsiz olan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı da konkret addımların atılması gözlənilir. Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.