Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gündüz Kərimov: Sahibkarlar qeyri-yaşayış sahələrindəki tikinti amnistiyasından fəal istifadə etməlidirlər

25.04.2025 [16:18]

Xəbərin mətni

Artıq Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu mərhələ Azərbaycanın suverenliyinin tam bərpa olunmasından, yeni regional gündəliyin bərqərar olunmasından, regional inkişafın, kommunikasiyaların açılmasından ibarətdir. Bunlarla yanaşı, işğaldan azad olunan ərazilərdə yeni iş yerlərinin yaradılması iqtisadiyyatın təşkilini şərtləndirir. Bunu Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.