Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceyhun Bayramov: Minatəmizləmə sahəsində ATƏT-lə potensial əməkdaşlıq bizim üçün maraq kəsb edir

25.04.2025 [20:08]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və minatəmizləmə sahəsində ATƏT-lə potensial əməkdaşlıq bizim üçün maraq kəsb edir. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.