Azərbaycanda barama istehsalı mövsümünə start verilib
06.05.2025 [12:46]
Xəbərin mətni
Azərbaycanda barama istehsalı mövsümünə start verilib. Mayın 6-da Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yerləşən rayonlardan olan kümçülərə tut ipəkqurdu toxumunun paylanılması həyata keçirilib. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) direktorları, müxtəlif rayonlardan gəlmiş kümçülər, media təmsilçiləri iştirak ediblər.