30-a yaxın nəşriyyat, 30 mindən çox kitab
09.05.2025 [17:56]
Xəbərin mətni
Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş kitab festivalı başlayıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan festival üç gün davam edəcək.