Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Taqanroq diviziyası”nın döyüşçüsü həm 100 illik yubileyini, həm də Qələbənin 80 illiyini qeyd edir

09.05.2025 [20:40]

Xəbərin mətni

İkinci Dünya müharibəsinin iştirakçısı, Qəbələnin Bum qəsəbə sakini Fətullah Əliməmmədovun bu gün 100 yaşı tamam olur. Bu gün həm də İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi qeyd edilir. Azərbaycan SSR-in hər beş vətəndaşından biri müharibədə iştirak edib, xüsusi fədakarlıq və cəsarət göstərib. 1941-ci ildə Azərbaycan SSR-in əhalisi cəmi 3 milyon 400 min nəfər olduğu halda, İkinci Dünya müharibəsində 700 minə yaxın azərbaycanlı iştirak edib. Qəbələnin Bum qəsəbə sakini Fətullah Əliməmmədov da onlardan biridir.