Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəngərli kəndindəki körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb

11.05.2025 [20:17]

Xəbərin mətni

Ölkəmizdə yeni uşaq müəssisələrinin yaradılması prosesi işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam edir. Həyata keçirilən bu layihələr həmin ərazilərimizə köçən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələrindəndir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilən belə müəssisələrdən biri də Prezident İlham Əliyevin iştirakı ilə ötən gün açılışı olan Ağdam rayon Kəngərli kənd körpələr evi-uşaq bağçasıdır.