PKK-nın yaradılmasından ləğvinə gedən yol
13.05.2025 [18:16]
Xəbərin mətni
Abdullah Öcalan tərəfindən 1978-ci ildə yardılan Kürdüstan Fəhlə Partiyası, digər adı ilə PKK terror qruplaşması 47 ildən sonra özünü buraxdı. “Apo” ləqəbi ilə tanınan Abdullah Öcalan bu il fevral ayında həbsxanadan tərəfdarlarını silahlı mübarizəni dayandırmağa, silahları təhvil verməyə çağırıb.Bundan sonra PKK terror qruplaşması 12-ci toplantısında özünü buraxdığını elan edib. Verilən açıqlamada buna səbəb olaraq "PKK-nın tarixi missiyasını bitirməsi" göstərilib.Bildirilib ki, PKK adı altında bütün fəaliyyət başa çatıb.