“Sosial xidmət haqqında” qanunda dəyişiklik edildi
13.05.2025 [18:54]
Xəbərin mətni
Artıq çətin həyat şəraitində yaşayan şəxslər üçün sosial xidmətlər tamamilə ödənişsiz olacaq. Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Yeni dəyişikliklərin əsas məqsədi bu kateqoriyaya aid şəxslərə göstərilən sosial xidmətlərin keyfiyyətini artırmaq və onların həyat şəraitini yaxşılaşdırmaqdır.