Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranın Hirkan–Daştatük–Biləsər avtomobil yolu təmir olunur

15.05.2025 [19:28]

Xəbərin mətni

Lənkəranın Hirkan–Daştatük–Biləsər avtomobil yolunda təmir-bərpa işlərinə başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər bölgədə yağan intensiv yağışlar və torpaq sürüşmələri nəticəsində yolun bir neçə hissəsində çökmələr və deformasiyalar baş verib. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun bərpası və möhkəmləndirilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilir.