Çində Azərbaycan şərabçılığına aid master-klas keçirilib
15.05.2025 [20:46]
Xəbərin mətni
Çinin paytaxtı Pekindəki “Azərbaycanın Ticarət Evi”ndə Azərbaycan şərabçılığına dair master-klas keçirilib. AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin, “Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade Co., Ltd" şirkətinin və Pekindəki “Azərbaycan Ticarət Evi”nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çinin tanınmış şərab ekspertləri, idxalçılar və şərab şirkətlərinin təmsilçiləri iştirak edib.