Son günlərdə Kür çayında suyun səviyyəsində enmə qeydə alınır
15.05.2025 [22:00]
Xəbərin mətni
2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu il çayda suyun artması nəticəsində çay axını sahil qayasından çıxaraq, mühafizə bəndinin aşağı oturacaq hissəsinə çatıb. Bu sözləri Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin baş mühəndisi Əsgər Salahov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.