Sosial Tədqiqatlar Mərkəzinin sədri: Əhali axını Bakının mənzil bazarına təzyiqləri artırır
19.05.2025 [16:55]
Xəbərin mətni
2040-cı ilə qədər Bakıda yaşayış fondunun ümumi sahəsi 2020-ci illə müqayisədə 64 faiz artırılaraq 47 milyon kvadrat metrdən 78 milyon kvadrat metrə çatdırılacaq. 2027-ci ilə qədər isə paytaxtda yaşayış fondunun ümumi sahəsi 39 faiz artırılacaq və 66 milyon kvadrat metr təşkil edəcək. Lakin təəssüflər olsun ki, açıq mənbələrdə köhnəlmiş əmlakların hansı hissəsinin mənzil, yaxud yaşayış fonduna aid olmasına dair müfəssəl məlumatlar göstərilməyib. Bunu Sosial Tədqiqatlar Mərkəzində "Bakı şəhərində mövcud mənzil fondunun inkişafında yeni gözləntilər" mövzusunda keçirilən konfransda mərkəzin sədri, Milli Məclisin deputatı Zahid Oruc bildirib.