Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOBİA: Bakıda mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə yaxınlaşmaqdadır

19.05.2025 [17:16]

Xəbərin mətni

Bu gün Bakı şəhərində mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə yaxınlaşmaqdadır. Bu artım Bakının investisiya baxımından cəlbediciliyini və urbanizasiya proseslərinin intensivliyini göstərir .Bunu Sosial Tədqiqatlar Mərkəzində “Bakı şəhərində mövcud mənzil fondunun inkişafında yeni gözləntilər” mövzusunda keçirilən konfransda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.