Milli QHT Forumunun İdarə Heyətinin üzvü: İlin sonuna qədər bütün üzvləri yeni vəsiqələrlə təmin etməyi planlaşdırırıq
19.05.2025 [17:37]
Xəbərin mətni
Azərbaycan Milli QHT Forumuna üzv təşkilatlar yeni vəsiqələrlə təmin edilib. Biz əvvəlki siyahıları təftiş etdik, orada çoxsaylı qüsurlar aşkarladıq. Ona görə də İdarə Heyəti qərara aldı ki, üzv təşkilatların yeni siyahısı hazırlansın. Hazırda proses davam edir. Bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Xatirə Vəliyeva bu gün keçirilən mətbuat konfransında deyib.