Azərbaycan Dövlət İnformasiya Agentliyi

Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ən güclü vasitədir

20.05.2025 [11:45]

Xəbərin mətni

“Bu gün biz bura aydın məqsədlərlə toplaşmışıq. Belə ki, korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ən güclü vasitədir. Bu məsələdə “GlobE” Şəbəkəsinin əhəmiyyəti çox vacibdir. Sizin əməkdaşlığınız sayənizdə biz nəticələri əldə edirik”. Bunu BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər şöbəsinin rəisi Brigitte Strobel-Şav BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində Bakıda keçirilən altıncı plenar iclasının açılış mərasimində çıxış edərkən deyib.