Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOBİA: Məqsədimiz AQEM çərçivəsində bizneslərə fayda verəcək praktik təşəbbüslərə diqqət yönəltməkdir

20.05.2025 [12:40]

Xəbərin mətni

Azərbaycanın sədrliyi çərçivəsində məqsədimiz Qazaxıstanın irəli sürülən təşəbbüslər əsasında inkişaf edərək bizneslərimizə real fayda verəcək praktik təşəbbüslərə diqqət yönəltməkdir. Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci plenar iclasında çıxışı zamanı deyib.