Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-in təşkilatçılığı ilə AZƏRTAC-da təlim keçirilib

21.05.2025 [15:11]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyi (FHN) İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) fövqəladə hallara hazırlığın artırılması məqsədilə kompleks təlim keçirilib. Təlimin əsas məqsədi qurumun əməkdaşlarına fövqəladə hallarda, xüsusilə də yanğınlar və zəlzələlər zamanı düzgün davranış vərdişlərinin aşılanması, həmçinin təhlükəsizlik qaydaları və təxliyə planları ilə tanışlığın təmin edilməsi olub.