BDU-da keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibi müəyyənləşib
21.05.2025 [20:55]
Xəbərin mətni
Mayın 21-də Bakı Dövlət Universitetinin Konfutsi Mərkəzi və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə XXIV “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin Azərbaycan final mərhələsi keçirilib. BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Ömər Məmmədov müsabiqədə I, Sevda Məcidli II, Darya Yefimova, Səma Xudiyeva, Azərbaycan Dillər Universitetinin tələbəsi Fatimə Əliyeva III yeri tutub. I yerin qalibi Ömər Məmmədov Azərbaycanı müsabiqənin Çində keçiriləcək final mərhələsində təmsil edəcək.