Azərbaycan Dövlət İnformasiya Agentliyi

Meşədə azmamaq üçün diqqət edilməli məqamlar - ARAŞDIRMA

26.05.2025 [21:06]

Xəbərin mətni

Sıx meşəlik ərazilərə səfər edib təbiətin möhtəşəm gözəlliklərindən zövq almaq hər bir turistin arzusudur. Ölkəmizdəki bir çox meşə massivləri və Milli Parklarda isə bu arzunun həyata keçməsi üçün xüsusi hərəkət marşrutları hazırlanıb. Məsələn, Hirkan Milli Parkında 10 müxtəlif marşrut mövcuddur. Buraya gələn ziyarətçilər təcrübəli bələdçilərin müşayiəti ilə meşənin dərinliklərinə doğru səyahət edərək, təbiətin nadir gözəlliklərini görə bilirlər. Lakin qaydalara əməl etməyənlər üçün sıx meşə zolaqlarında azmaq riski daim mövcuddur.