Strasburq Böyük Məscidinin Prezidenti: İslamofobiya geniş auditoriyaya malik media vasitələri tərəfindən də yayılır
27.05.2025 [19:22]
Xəbərin mətni
Yaxın keçmişə qədər islamofobiya müsəlmanlara qarşı açıq-aşkar düşmənçilik edən sağçı radikal partiyalara məxsus xüsusiyyət idi. Bu gün isə bu, dərin bir dəyişikliyə məruz qalaraq əvvəllər nifrət dolu ritorikanın təsirinə düşməyən sahələrə də sirayət edib. AZƏRTAC xəbər verir ki, bunu Strasburq Böyük Məscidinin Prezidenti Said Aalla “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Avropa antimüsəlman qanunvericiliyinin institutlaşması: Radikallaşma fonunda yayılan islamofobik ritorika” mövzusunda plenar iclasda deyib.