Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib

27.05.2025 [23:08]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi.