Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaqların immunlaşdırılmasında yeni mərhələyə başlanılıb

29.05.2025 [18:07]

Xəbərin mətni

Altı xəstəliyə qarşı cəmi bir iynə – ölkəmizdə uşaqların immunlaşdırılmasında yeni mərhələyə başlanılıb. Əvvəllər tətbiq olunan beş komponentli vaksin artıq heksa vaksinlə əvəz olunub. Yeni vaksin dövlət tibb müəssisələrində tam şəkildə əlçatandır.