Laçın hava limanı hansı üstünlüklər vəd edir?
30.05.2025 [15:20]
Xəbərin mətni
Laçın Hava Limanının xalqımız üçün əlamətdar bir gündə 28 may- Müstəqillik günündə açılışının baş tutması tarixi əhəmiyyət, böyük rəmzi məna daşıyır. Dirçəlişin, qayıdışın simvolu olan bu hava limanı, həmçinin böyük strateji və iqtisadi əhəmiyyət də kəsb edir. Ekspertlər qeyd edir ki, coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.