Nazir müavini: Qarabağ və Şərqi Zəngəzur öz elektrik enerjisi tələbatını tam ödəməklə yanaşı, digər bölgələrə də yaşıl enerji ötürür
30.05.2025 [19:26]
Xəbərin mətni
İşğaldan azad olunan ərazilər yaşıl enerji zonası elan edilib. Qarabağ və Şərqi Zəngəzur öz elektrik enerjisi tələbatını tam ödəməklə yanaşı, artıq digər bölgələrə də yaşıl enerji ötürür. Bunu energetika nazirinin müavini Elnur Soltanov Xankəndidə jurnalistlərə açıqlamasında deyib.