Bəzi abituriyentlər ali məktəblərə imtahansız qəbul olunacaqlar
03.06.2025 [17:51]
Xəbərin mətni
Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq bu il də bəzi abituriyentlər universitetlərə imtahansız qəbul ola biləcəklər. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qaydalara əsasən dünya fənn olimpiadalarının qalibləri istədikləri ali təhsil müəssisəsi və ixtisası, respublika fənn olimpiadalarının qalibləri isə həmin fənn üzrə ixtisas seçmək hüququna malikdirlər.