Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor: Ermənistanın atom elektrik stansiyası regiona qoyulmuş bir bombadır

04.06.2025 [17:25]

Xəbərin mətni

Ermənistanın atom elektrik stansiyasında bir çox ciddi problemlər var. Əgər həmin ərazidə zəlzələ baş verərsə, tullantıların toplanıldığı poliqonlar və digər təhlükəli sahələr də zərər görə bilər və bu halda bütün fəsadlar bizim istiqamətimizə yönələcək. Oradan yayılan radioaktiv maddələrin hava axınları vasitəsilə bizim ərazilərə daxil olması ehtimalı çox yüksəkdir. Bir sözlə, Ermənistanın atom elektrik stansiyası regiona qoyulmuş bir bombadır. Bu fikirləri “Rüzgar” Ekoloji İctimai Birliyinin sədri, professor İslam Mustafayev iyunun 3-də keçirilən mətbuat konfransında səsləndirib.