Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səhiyyə Nazirliyi Xankəndidə ikigünlük kardioloji müayinələr təşkil edib

04.06.2025 [20:20]

Xəbərin mətni

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir Xankəndi şəhərində baş tutub. Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Xankəndi sakinləri üçün ikigünlük kardioloji müayinələr təşkil olunub.