Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sel suları Ordubadın Tivi kəndinin yolunu yararsız vəziyyətə salıb

04.06.2025 [21:16]

Xəbərin mətni

Ordubad rayonuna yağan güclü yağış nəticəsində Tivi kənd avtomobil yoluna sel gəlib. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək, yolu yararsız hala salıb. Nəticədə Tivi kəndi ilə qonşu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq dayandırılıb.