Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Daşlar sükut içində danışır: Azərbaycan irsinin qorunması” adlı elmi-praktik tədbir keçirilir

05.06.2025 [12:10]

Xəbərin mətni

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Daşlar sükut içində danışır: Azərbaycan irsinin qorunması” adlı elmi-praktik tədbir keçirilir. Tədbirin əsas məqsədi Azərbaycan xalqına məxsus olan, lakin hazırda Ermənistan Respublikasının ərazisində yerləşən tarixi və mədəni irs nümunələrinin sənədləşdirilməsi, qorunması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərin ictimaiyyətə təqdim olunmasıdır.