Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

05.06.2025 [14:48]

Xəbərin mətni

Hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev hadisə yerində ölüb.