DİN Qurban bayramı ilə əlaqədar əhaliyə müraciət edib
05.06.2025 [17:00]
Xəbərin mətni
Qurban bayramı və tətil günləri ilə əlaqədar olaraq paytaxtdan bölgələrə səfər edən vətəndaşların sayında artım gözlənilir. Bu səbəbdən həm şəhərdaxili, həm də respublika yollarında nəqliyyat sıxlığının yaranması və qəza riskinin artması ehtimal olunur. Daxili İşlər Nazirliyi yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədilə əhalini bir sıra vacib qaydalara əməl etməyə çağırıb.