Azərbaycan Dövlət İnformasiya Agentliyi

Allahşükür Paşazadə: Ümidvaram ki, İrəvanda da, Eçmiədzində də qazılığımız fəaliyyətini bərpa edəcək

06.06.2025 [11:35]

Xəbərin mətni

Vaxtilə İrəvanda da bütün Ermənistanı əhatə edən İrəvan qazılığı fəaliyyət göstərib və Qafqaz Müsəlmanları İdarəsinə tabe olub. Sonradan İrəvanda aparılan siyasət nəticəsində Azərbaycan milləti deportasiya edilib və orada həmyerlilərimiz yaşaya bilmədiklərinə görə qazılığımız da fəaliyyətini icbari şəkildə dayandırıb. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib