Erik Melok: Azərbaycanın ətriyyat məhsulları ən yüksək keyfiyyətə malikdir
06.06.2025 [14:48]
Xəbərin mətni
Azərbaycanın “Lecheq Farm & Distillery” şirkətinin XVIII “SİMPPAR” Beynəlxalq Ətriyyat Sərgisində iştirakından çox razıyıq. Artıq bir neçə ildir ki, “Lecheq” sıralarımıza qoşulub və sərgilərimizdə iştirak edir. Şirkətin ətriyyat sənayesi üçün çox keyfiyyətli təbii bitki yağları və digər məhsulları var. Bu fikirləri Fransa Ətriyyatçılar Cəmiyyətinin prezidenti (SFP), “SİMPPAR” Beynəlxalq Ətriyyat Sərgisinin təşkilatçısı Erik Melok Azərbaycan stendini ziyarət edərkən AZƏRTAC-a müsahibəsində deyib.