Naxçıvanda kütləvi qida zəhərlənməsinin baş verdiyi dönərxana bağlanıb
09.06.2025 [15:51]
Xəbərin mətni
İyunun 9-da "Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi" Publik Hüquqi Şəxsindən Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən “Kassap Dönər”də 17 nəfərin kütləvi qida zəhərlənməsinə məruz qalması ilə bağlı məlumat daxil olub. Bununla bağlı təxirəsalınmaz tədbirlər görülüb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Nümunələr seçilərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib.