AMB: Kredit büroları maliyyə inklüzivliyini genişləndirmək üçün əsas alətlərdən biridir
23.06.2025 [13:28]
Xəbərin mətni
Bu gün kredit büroları bank-maliyyə sistemi də daxil olmaqla ümumi informasiya infrastrukturunun əsas sütunlarından birini təşkil edir. Makroprudensial baxımdan kredit büroları kredit riskinin idarə edilməsi mexanizmi olaraq kredit bazarlarında informasiya assimetriyasını və defolt ehtimallarını azaltmaqla məsuliyyətli kreditləşməyə xidmət edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Beynəlxalq Kredit Hesabatlılığı Konfransında deyib.