Milli Məclisin iclasında 12 məsələ müzakirə olunub
24.06.2025 [21:12]
Xəbərin mətni
İyunun 24-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, S.Qafarova iki gündən sonra xalqımızın Silahlı Qüvvələri Gününü böyük qürurla qeyd edəcəyini bildirib, 107 il öncə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Ordumuzun şərəfli inkişaf yolu keçdiyini deyib.