İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi həyata keçirilib
28.06.2025 [18:51]
Xəbərin mətni
Bir qrup İran əsilli xarici vətəndaş növbəti humanitar əməliyyat çərçivəsində Azərbaycan ərazisinə təxliyə olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təxliyə prosesi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində beynəlxalq humanitar normalara uyğun şəkildə təşkil edilib. Vətəndaşlar sənədləşmə, sərhəd və tibbi yoxlamalardan keçdikdən sonra Azərbaycan ərazisinə təhlükəsiz şəkildə daxil olublar.