Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizami City”də əla fürsət, tam təmirli mənzillər satışda

30.06.2025 [10:58]

Xəbərin mətni

“Nizami City” Yasamal rayonunda yerləşən yeni təmirli mənzillərin satışına start verib. Nizami metrostansiyasının yaxınlığında yerləşən “Nizami City” yaşayış kompleksi həyat komfortunuz üçün sizlərə bütün mövcud şəraiti yaratmaqdadır. Əlverişli ərazidə yerləşən Kompleks metro, dayanacaqlar, məktəb və uşaq bağçaları, eləcə də ticarət obyektləri və parklarla əhatə olunub. Doqquz korpusdan ibarət kompleksin ilkin mərhələdəki 3 binası (A,B,C) hazırdır. Növbəti mərhələ olan E, F, G binaların inşası davam edir.